23:49 06 Dekabr 2016
Canlı yayım
Autist uşaq

Yaşlı valideynlərin uşaqları arasında autistlər çoxdur

© Flickr/ Camp ASCCA
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Autizm riski istər ata 35-44 yaşında, xanımı isə 10 yaş kiçik olanda, istərsə də ana 30-40 yaşında, ata isə 10 yaş kiçik olanda artır.

BAKI, 11 iyun — Sputnik. Autizm çoxfaktorlu xəstəlikdir. Onun inkişafı genlər və ətraf mühitlə bağlıdır. Xəstəlik riskinə yaş da təsir göstərir. Odur ki, ailə planlaşdıranda yaşı nəzərə almaq lazımdır.

İkana tibb məktəbinin (Nyu-York, ABŞ) mütəxəssisləri valideynlərin yaşının autizm riskinə təsirini aydınlaşdırmaq üçün Danimarka, İsrail, Norveç, İsveç və Qərbi Avstraliyadan olan 5.766.794 uşağın məlumatlarını təhlil ediblər. 

Sputnik Azərtac-a istinadən xəbər verir ki, 30 min uşaqda autizm aşkar edilib. Özü də bu xəstəlik daha çox yaşlı valideynlərin körpələrində müşahidə olunub.

Yaşı 50-dən çox olan atanın körpəsində autizm riski 20-30 yaşlı ataların uşaqları ilə müqayisədə 66 faiz çoxdur. Yaşı 40-dan yuxarı və 18-dən aşağı olan anaların autizmli uşaqlar dünyaya gətirmək ehtimalı orta göstəricilərdən 15-18 faiz yüksəkdir.

Valideynlər arasında yaş fərqi də autizm riskini artıran səbəblərdəndir. Autizm riski istər ata 35-44 yaşında, xanımı isə 10 yaş kiçik olanda, istərsə də ana 30-40 yaşında, ata isə 10 yaş kiçik olanda artır.

Teqlər:
valideynlər, körpə, ana, ata, uşaq, xəstəlik, Autizm, İkana tibb məktəbi, Qərbi Avstraliya, Nyu-York, ABŞ, İsveç, Norveç, İsrail, Danimarka

Əsas mövzular