10:01 08 Dekabr 2016
Canlı yayım
Əli Həsənov

Bəzi beynəlxalq qüvvələr Avropa Oyunlarını siyasiləşdirmək istəyirlər

XƏBƏRLƏR
Qısa URL
16 0 0

Əli Həsənov: Bunun acı nəticələrini, Avropa Olimpiya komitəsi və Avropa idman cəmiyyəti çəkəcək.

BAKI, 11 iyun – Sputnik. Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə birgə mətbuat konfransı keçirilir.

Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da çıxış edib. 

“Son dövrlərdə bəzi beynəlxalq qüvvələr tərəfindən Avropa Oyunlarını siyasiləşdirmə cəhdləri var. Bunun acı nəticələrini, Avropa Olimpiya komitəsi və Avropa idman cəmiyyəti çəkəcək”, deyə o öz çıxışında bildirib.

Əli Həsənovun sözlərinə görə, belə təzyiqlər Azərbaycan dövlətinə və İlham Əliyevin islahatlarına təsir etmək məqsədi daşıyır: “Artıq ABŞ-da və Avropada bəzi antiazərbaycan platformaları yaradılıb və bu qrup sistemli şəkildə öz planlarını həyata keçirir. Biz Azərbaycan olaraq onlara təmkinlə yanaşırıq və öz yolumuzu davam etdiririk. Öz yolumuzun doğruluğunu onlara sübut etməyə çalışırıq. Azərbaycan öz seçimini edib. Demokratik və sivil cəmiyyət istiqamətində uğurlu addımlar atılır. Ölkəmiz qarşılıqlı əməkdaşlıq prinsiplərinə üstünlük verir. Amma təəssüflər olsun ki, bizi bu yoldan geri çevirmək üçün cəhdlər var amma biz bu yoldan çəkilən deyilik”.

Əli Həsənov Azərbaycanda siyasi məhbus iddialarına da aydınlıq gətirib. 

“Azərbaycanda siyasi məhbus yoxdur. Əməlinə görə barəsində məhkəmə hökmü çıxarılan ayrı-ayrı şəxslər var. Məhkəmələr də müstəqil olduğuna görə onlar qərar çıxarmaqda azaddır və qanun çərçivəsində fəaliyyət göstətrirlər. Digər icra orqanlarının da onların işinə müdaxilə etmək hüququ və niyyəti yoxdur. Azərbaycan 15 ildir Avropa Şurasının üzvüdür və Avropa institutlarına inteqrasiya yolunu tutub. Ölkədə 55 siyasi partiya fəaliyyət göstərir və onlar istənilən vaxt etiraz aksiyası keçirə bilirlər. Ona görə də Azərbaycanda siyasi məhbusların olması, insan haqlarının pozulması, söz azadlığının olmamaısı ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur”.


Əlaqədar

Əli Həsənov: Avropa Oyunları tariximizin önəmli bir hadisəsidir
Əli Həsənov: Azərbaycan özünün yeni inkişaf modelini yaradıb
Əli Həsənov QHT-nin ofisinin açılışında iştirak edib

Əsas mövzular