17:42 03 Dekabr 2016
Canlı yayım
Патрик Хикки

Hollandiya növbəti Avropa oyunlarından imtina etdi

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
39 0 0

İlk Avropa oyunlarının ərəfəsində Hollandiyanın növbəti Avropa oyunlarını keçirməkdən imtina etdiyi məlum oldu.

BAKI, 11 iyun – Sputnik. İlk Avropa oyunlarının ərəfəsində Hollandiyanın növbəti Avropa oyunlarını keçirməkdən imtina etdiyi məlum oldu.

Bu barədə euronews.com saytı xəbər verir.

Avropa oyunlarının keçirilməsindən imtinaya səbəb ölkə hökümətinin maliyyə vəsaiti ayırmamasıdır.

Belə ki, dövlət Hollandiya Milli olimpiya komitəsinə bu idman tədbiri üçün öncədən nəzərdə tutulmuş 125 milyon avroluq büdcəyə əlavə 60 millyon ayırmağa razılaşmayıb.

Avropa olimpiya komitəsinin prezidenti Patrik Hikki bu xəbərə üzüldüyüynü bildirib.

“Bu xəbər məni məyus etdi, lakin hollandiyalılara göstərdikləri marağa görə minnətdaram. Əminəm ki, Bakıdakı ilk Avropa oyunları bu tədbir üçün mükəmməl bir reklam olacaq və onun uzunmüddətli sosial, idman və iqtisadi üstünlüklərini nümayiş etdirəcək”, — deyə Hikki bildirib.

Xatırladaq ki, ikinci Avropa oyunlarının Hollandiyada keçirilməsi barədə qərar bu ilin mayında qəbul olunub. Yarışların ölkənin 9 şəhərində keçirilməsi planlaşdırılırdı.

Teqlər:
sosial, iqtisadi, idman, büdcə, yarışlar, reklam, İmtina, Avropa olimpiya komitəsi, Hollandiya Milli olimpiya komitəsi, Patrik Hikki, Avropa, Bakı, Hollandiya

Əsas mövzular