14:29 07 Dekabr 2016
Canlı yayım
Tofiq Hacıyev - MEA Dilçilik İnstitutunun direktoru

Qarabağın dialektoloji atlası hazırlanacaq

dilcilik.az
XƏBƏRLƏR
Qısa URL
10 0 0

Artıq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hazırlanıb.

BAKI, 10 iyun — Sputnik. Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) Nəsimi adına Dilçilik İnstitutunda bir sıra mühüm işlər görülüb. Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmini məqsədilə institut tərəfindən müxtəlif bölgələrin atlaslarının hazırlanması qarşımızda duran əsas vəzifələrdən biridir.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, bu sözləri MEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirib.

Hacıyev deyib ki, bu sahədə artıq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” hazırlanıb. Növbəti mərhələdə Qarabağın dialektoloji atlasının hazırlanması nəzərdə tutulub. Hər bir bölgənin bu cür atlasının hazırlanması çox böyük əmək, ciddi məsuliyyət və çox vaxt tələb edir. İnanırıq ki, Qarabağın dialektoloji atlası da mükəmməl tərtib ediləcək.

Əsas mövzular