21:25 09 Dekabr 2016
Canlı yayım
Kraliça II Elizabet

Böyük Britaniya kraliçasının doğum günü Bakıda qeyd olunub

arxiv.az
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil edib.

BAKI, 10 iyun — Sputnik. Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət II Elizabetin doğum günü münasibətilə ziyafət təşkil edib.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə əməkdar artist Fidan Hacıyevanın canlı ifasında Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bildirib ki, iki ölkə arasında siyasi, iqtisadi, xüsusilə enerji, biznes, humanitar sahələrdə əməkdaşlıq yüksək səviyyədədir.

Səfir vurğulayıb ki, Bakıda keçiriləcək ilk Avropa Oyunları idman tarixinə düşəcək irimiqyaslı tədbirdir və onun yüksək səviyyədə keçiriləcəyindən əmindir.

Tədbirdə iştirak edən britaniyalı idmançıları salamlayan səfir onlara və “Bakı-2015” ilk Avropa Oyunlarında mübarizə aparacaq bütün atletlərə uğurlar arzulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökuməti adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edib ki, Azərbaycan-Britaniya münasibətləri dərin köklərə malikdir, bu əlaqələrin tarixi XIX-XX əsrlərdən başlayır. Britaniya şirkətləri o zamandan Azərbaycan neftini dünya bazarlarına çıxarıblar. Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Neft-qaz sahəsi əlaqələrdə xüsusi əhəmiyyət kəsb edir. Elm, təhsil və digər sahələrdə də əlaqələrin genişləndirilməsi önəmlidir.

“Bakı-2015”də iştirak edəcək Britaniya komandasının rəhbəri Mark Enqlənd deyib ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar bu qitənin ölkəyə verdiyi dəyərin göstəricisidir.

Boks üzrə “London-2012” Olimpiya Oyunlarının qızıl medalçısı, dünya çempionatlarının üçqat gümüş medalçısı Nikola Adams “Bakı-2015” Avropa Oyunlarında iştirakından məmnunluğunu ifadə edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) britaniyalı əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsas mövzular