06:09 11 Dekabr 2016
Canlı yayım
Kobra ilanı

Şəkidə 34 yaşlı qadını ilan sancıb

wallwidehd.com
XƏBƏRLƏR
Qısa URL
46 0 0

1981-ci il təvəllüdlü Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən onun sağ ayağının bud nahiyəsindən ilan sancıb.

BAKI, 10 iyun — Sputnik. Şəkidə 34 yaşlı qadını ilan sabcıb. Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zunud kəndində  qeydə alınıb.

Zunud kənd sakini, 1981-ci il təvəllüdlü Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən onun sağ ayağının bud nahiyəsindən ilan sancıb. 34 yaşlı Həvva İsmayılova təcili Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Qax RMX-dan verilən məlumata görə, Həvva İsmayılova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Əsas mövzular