06:16 11 Dekabr 2016
Canlı yayım
Smartfon

Smartfonun “Wi-Fi” ilə enerji toplaması sistemi yaradılıb

© ixbt.com
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən smartfonun “Wi-Fi” şəbəkəsi ilə enerji toplama texnologiyası hazırlanıb.

BAKI, 10 iyun — Sputnik. Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən smartfonun “Wi-Fi” şəbəkəsi ilə enerji toplama texnologiyası hazırlanıb.  

Bildirilir ki, sistem çıxış nöqtələri və sensordan ibarətdir. “Sensor radiotezlik siqnallarını toplayaraq onları daimi cərəyana çevirir. Çıxış nöqtəsi marşrutlayıcının modifikasiya edilmiş proqram təminatıdır. Bunun sayəsində qurğu eyni anda həm “Wi-Fi” şəbəkəsinə çıxışa imkan verir, həm də enerji mənbəyi kimi çıxış edir”, — layihə tədqiqatçısı Vamsi Talla deyib.  

Tədqiqatçılar qrupu texnologiyanı sınaqdan keçirib və “Asus RT-AC68U” əsasında işləyən marşrutlayıcı sistemləri Sietlin altı evində quraşdırıb. Texnologiya qurğunu 8,5 metr məsafədən enerji ilə doldurmağa imkan verir.

Sistem “Wi-Fi”-dan qurğuların enerji ilə doldurulmasına istifadəyə imkan verən ilk texnologiya olmasa da, əvvəlki sistemlərdən mövcud proqram təminatı ilə işləməsi və “Wi-Fi” şəbəkəsinə çıxışı pozmaması ilə fərqlənir.

Universitet tədqiqatçılarının texnologiyası siqnalları eyni səviyyədə bölüşdürür ki, qurğunun enerji ilə doldurulması prosesində “Wi-Fi”-ın sürəti nə aşağı düşsün, nə də artsın.  

Əsas mövzular