22:02 02 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

Birgə mətbuat konfransının vaxtı dəyişdirildi

sputnik.az/Pəri Abbaslı
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Mətbuat konfransı iyunun 11-də saat 16:00-da “Four Seasons” otelinin “Segah” zalında keçiriləcək

BAKI, 10 iyun — Sputnik. Prezidenti Administrasiyası ilə Gənclər və İdman Nazirliyinin iyunun 11-də saat 12:00-da “Four Seasons” otelinin “Segah” zalına təyin olunmuş birgə mətbuat konfransının vaxtı dəyişdirilib. Prezident Administrasiyasından APA-ya daxil olan məlumata görə, tədbir saat 16:00-da başlayacaq. 

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.

Prezidenti Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq. 

Əsas mövzular