12:01 11 Dekabr 2016
Canlı yayım
Elektrik

Azərbaycanda elektrik enerjisinin qiyməti arta bilər

maide.az
XƏBƏRLƏR
Qısa URL
7310

Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

BAKI, 10 iyun — Sputnik. Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur.

Sputnik xəbər verir ki, məlumatda bu addımın əsas məqsədinin istehsalçı şirkətlərin effektivliyinin artırılması olduğu bildirilib. Anatiklər bildiriblər ki, bu addım "Azərenerji"nin tariflərinə müsbət təsir edə bilər. Sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib. İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, "Azərenerji" üçün çətinlik yarada bilər.  

Şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir. Ekspertlərini qeydinə görə, 2013-cü ilin dekabrından etibarən "Azərenerji"yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək."

Tarif (qiymət) Şurasından isə "APA-Economics"ə bildirilib ki, hazırda hər-hansı tarifin artırılması nəzərdə tutulmayıb.

Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli 13 nömrəli Qərarı ilə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış (aylıq istehlakı 10 mln. kubmetrdən az olmamaq şərti ilə) tarifi 1000 kubmetr üçün 80 manat təşkil edir (ƏDV daxil).

Bütün istehlakçılar üçün elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün 6 qəpik (ƏDV daxil) səviyyəsində müəyyənləşib.

Əsas mövzular