14:30 07 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Obama İraqın baş nazirinə arxasını çevirdi

XƏBƏRLƏR
Qısa URL
19 0 0

Ağ Ev rəhbəri İraqın baş naziri Haydar əl İbadinin ona tərəf yaxınlaşdığını görsə də arxasını çevirib və salam verməyib.

BAKI, 10 iyun – Sputnik. Almaniyada keçirilən Böyük Yeddilər (G7) zirvəsində maraqlı anlar yaşanıb. Dünya liderlərinin bir araya gəldiyi zirvəyə, ABŞ prezidenti Barak Obamanın hərəkətləri damğa vurub. 

Belə ki, Ağ Ev rəhbəri İraqın baş naziri Haydar əl İbadinin ona tərəf yaxınlaşdığını görsə də arxasını çevirib və salam verməyib.  

İraqlı nazir bir müddət Obamanın yanında əyləşsə də, sonda məyus şəkildə ordan uzaqlaşıb.

İşin maraqlı tərəfi isə odur ki, soyuq münasibətdən cəmi 1 saat sonra hər iki lider qarşılıqlı görüş keçiriblər.


Əsas mövzular