11:54 11 Dekabr 2016
Canlı yayım
Devid Kameron

İngiltərə Avropa Birliyindən çıxmağa hazırlaşır

boyko.ru
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Baş nazir David Kameronun referendumla bağlı parlamentə verdiyi qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.

BAKI, 10 iyun – Sputnik. İngiltərə Avropa Birliyindən çıxmaq üçün ilk addımını atıb. Belə ki, Baş nazir David Kameronun referendumla bağlı parlamentə verdiyi qanun layihəsi səs çoxluğu ilə qəbul edilib. 

Sputnik Böyük Britaniya hökumətinin rəsmi saytı gov.uk-ya istinadən xəbər verir ki, 597 millətvəkilindən 544-ü Birlikdən çıxmaq üçün referendum keçirilməsinin lehinə səs veriblər.

Şotlandiya Milliyətçi Partiyası səsvermənin əleyhinə olduqlarını bildirib. 

Belə ki partiya sədri Nikola Sturgeon, şotlandiyalıların icazəsi olmadan belə səsvermənin keçirilməsini anti-demokratik, utanc verici və skandal adlandırıb. 

Bundan başqa, Nikola Sturgeon əlavə edib ki, əgər Avropa Birliyindən çıxmaq üçün referendum keçiriləcəyi təqdirdə Şotlandiya özü Britaniyadan ayrılmaq üçün yeni referendum keçirəcək.

Qeyd edək ki, Şotlandiya Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının əleyhinədir. Çünki ölkə hələ də adanın tərkibindədir və tam müstəqil deyil.


Əsas mövzular