23:16 09 Dekabr 2016
Canlı yayım
Bədavi Hüseynov

Milli futbolçumuz Türkiyəyə transfer ola bilər

apasport.az
XƏBƏRLƏR
Qısa URL
45 0 0

Türkiyənin 4-cü ən böyük futbol klubu olan Trabzonspor Qarabağın müdafiəçisi Bədavi Hüseynovu öz heyətinə qatmaq istəyir.

BAKI, 10 iyun – Sputnik. Türkiyənin 4-cü ən böyük futbol klubu olan Trabzonspor Qarabağın müdafiəçisi Bədavi Hüseynovu öz heyətinə qatmaq istəyir. 

Sputnik Türkiyənin haberturk.com saytına istinadən xəbər verir ki, Trabzonspor klubu öz müdafiə xəttini gücləndirmək üçün Qarabağ klubuna rəsmi müraciət göndərib. Klub Bədavi Hüseynovla yanaşı Hollandiyanın Vitess klubundan Roşdi Açente ilə də maraqlanır. 

Qeyd edək ki, Ağdam klubu transfer üçün Türkiyə klubundan 1 milyon avro istəyib. Danışıqların davam etdiyi bildirilir. 

Bədavi Hüseynov ilə bundan öncə digər tükr komandası olan “Qaziantepspor” da maraqlanırdı. Lakin maliyyə problemi ilə bağlı transfer baş tutmamışdı.


Əsas mövzular