21:21 09 Dekabr 2016
Canlı yayım
Qəbələdə sel

Qəbələdə kəndləri su basıb

gabalacity.com
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Yağan yağışlar nəticəsində rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

BAKI, 10 iyun — Sputnik. Qəbələ rayonunun bəzi kəndlərini su basıb. Sputnik Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 7-də yağan yağışlar səbəbindən Qəbələnin Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

Qeyd olunan ərazilərə nazirliyin Şimal-Qərb regional mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülmüş tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.

Əsas mövzular