11:58 11 Dekabr 2016
Canlı yayım
Suriya müxalifəti

Suriyalı müxaliflər ən böyük hərbi bazanı ələ keçirdi

syrianfreedom.org
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Azad Suriya Ordusu ölkənin 2-ci ən böyük hərbi bazasını ələ keçiriblər.

BAKI, 10 iyun – Sputnik. Azad Suriya Ordusu ölkənin 2-ci ən böyük hərbi bazasını ələ keçiriblər. 

Bu barədə müxalif ordunun rəsmi saytı məlumat yayıb.

Əsədə qarşı döyüşən əsgərlər Dera şəhərindəki hərbi bazadan çoxlu sayda silah sursat və ağır texnika ələ keçirib. 

Suriyanın yarı rəsmi xəbər agentliyi Syria Press Network-ün məlumatına görə 27 nəfər rejim əsgəri döyüşlərdə həlak olub. 11 əsgər də ağır yaralanıb.

Buna cavab olaraq rejim ordusu bölgəni havadan bombalayıb. Xeyli sayda sivil vətəndaşın öldüyü bildirilir. 


Əsas mövzular