12:01 11 Dekabr 2016
Canlı yayım
İmtahan

Altı şimal rayonunda 10 min 908 şagird imtahan verəcək

azertag.az
XƏBƏRLƏR
Qısa URL
9 0 0

İyunun 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək növbəti buraxılış imtahanlarında şimal regionunda yerləşən altı rayonun orta ümumtəhsil müəssisələrinin 10 min 908 şagirdi iştirak edəcək.

BAKI, 10 iyun — Sputnik. İyunun 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək növbəti buraxılış imtahanlarında şimal regionunda yerləşən altı rayonun orta ümumtəhsil müəssisələrinin 10 min 908 şagirdi iştirak edəcək.

Sputnik xəbər verir ki, bu barədə Azərtac-a TQDK-nin Xaçmaz Regional Bölməsindən məlumat daxil olub. Buraxılış imtahanlarında iştirak edəcək məktəblilərin 6 min 286 nəfəri 9-cu sinif, 4 min 622 nəfəri isə 11-ci sinif şagirdidir.

IX sinfin buraxılış imtahanlarında Qubadan 1911, Şabrandan 666, Qusardan 1126, Xaçmazdan 1947, Xızıdan 144, Siyəzəndən isə 492 nəfərin iştirakı nəzərdə tutulur. Həmçinin həmin gün Qubada 1264, Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə 360 nəfər XI sinif şagirdi də imtahanda iştirak edəcək.

Şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan 6 rayonda ümumilikdə 16 imtahan mərkəzi ayrılıb.

TQDK-nın Xaçmaz Regional Bölməsinin müdiri Elmir Şirinov AZƏRTAC-a müsahibəsində bildirib ki, rayon mərkəzindən uzaqda yerləşən yaşayış məntəqələrinin şagirdlərinin rahatlığını təmin etmək üçün bu il Qusarın Yuxarı Zeyxur, Qubanın Zərdabi kənd tam orta məktəblərində, eləcə də Xudat şəhər 4 saylı məktəb-liseydə imtahan mərkəzləri yaradılıb.

Şimal bölgəsində keçirilən buraxılış imtahanlarına 43 imtahan rəhbəri və 531 nəzarətçi müəllim cəlb olunub.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15–də başlanacaq. Şagirdlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər.

Teqlər:
abituriyent, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, TQDK, Azərbaycan

Əsas mövzular