17:42 03 Dekabr 2016
Canlı yayım
Hərbi təlimlər

Azərbaycan böyük dövlətlərin hərbi təlimlərində iştirak edir

ulu.az
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Türkiyənin Konya şəhərində ABŞ, Almaniya, İngiltərə, İspaniya, Pakistan, NATO və Türkiyənin quru, dəniz və hava qüvvələrinin iştirakı ilə “Anadolu qartalı-2015 / 1” təlimləri başlayıb.

BAKI, 10 iyun — Sputnik. Türkiyənin Konya şəhərində ABŞ, Almaniya, İngiltərə, İspaniya, Pakistan, NATO və Türkiyənin quru, dəniz və hava qüvvələrinin iştirakı ilə “Anadolu qartalı-2015 / 1” təlimləri başlayıb.  

Sputnik Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən xəbər verir ki, təlimin məqsədi döyüş şəraitinə yaxın vəziyyətdə təcrübə, bilik və bacarıqların bölüşdürülməsidir.

Azərbaycan, Braziliya, Əlcəzair, Danimarka, İndoneziya, Estoniya, Mərakeş, Yaponiya, Qətər, Koreya Cümhuriyyəti, Kosova, Livan, Malayziya, Moldova, Monqolustan, Rumıniya, Seneqal, Slovakiya, Sloveniya, Çili, Tacikistan, Tunis və Oman tədbirlərdə müşahidəçi kimi iştirak edir.

Təlimlər iyunun 8-də başlayıb və 19-da başa çatacaq. 


Teqlər:
Azərbaycan, Pakistan, İspaniya, İngiltərə, Almaniya, ABŞ, təlimlər, Anadolu qartalı-2015 / 1, NATO, Konya, Türkiyə

Əsas mövzular