23:51 06 Dekabr 2016
Canlı yayım
Erməni Milli Komitəsi

ABŞ-dakı erməni lobbisi Avropa oyunlarını boykota çağırıb

youtube.com
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Bakıda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı dayanır.

BAKI, 10 iyun – Sputnik. Bakıda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı dayanır.

Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “Twitter” səhifəsində bu barədə çağırışla çıxış edib. O, köhnə qitə dövlətlərini Avropa Oyunlarını boykot etməyə çağırıb.

Oyunlarda 18 Ermənistan idmançısı da iştirak edəcək. 

ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib.

Teqlər:
Baku2015, Avropa oyunları, erməni təşkilatı, ASALA, Aram Hamparyan, ABŞ

Əsas mövzular