03:51 04 Dekabr 2016
Canlı yayım
Yanğın

Kiyev neft bazasında irimiqyaslı yanğında 4 nəfər ölüb

rian.com.ua
XƏBƏRLƏR
Qısa URL
601

Rusiya FHN Ukraynaya yanğını söndürmək üçün öz köməyini təklif edib

BAKI, 9 iyun — Sputnik. Kiyev yaxınlığındakı neft bazasında partlayışdan sonra başlayan yanğın nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Sputnik Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (UFHDX) məlumatına əsasən bildirir ki, UFHDX-nın 6 əməkdaşı müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yanğın nəticəsində, ümumilikdə, 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb. 

İyunun 9-da səhər saatlarında yanan neft bazasında partlayış nəticəsində itkin düşən 3 yanğınsöndürənin meyiti aşkarlanıb. Meyitlər çıxarıldıqdan sonra yanğının söndürülməsi üçün köpükdən istifadə edilməyə başlanılıb.

Bu arada Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi (FHN) neft bazasındakı yanğını söndürmək üçün Ukraynaya öz köməyini təklif edib. Bu barədə Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb. "Rusiya FHN Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin rəhbərliyinə məktub göndərərək yanğında həlak olanlara görə başsağlığı verib. Həmçinin Kiyev rayonundakı neft bazasında baş vermiş irimiqyaslı yanğını söndürmək üçün öz köməyini təklif edib. Bizim bu qəbldən olan yanğınları söndürmək üçün böyük təcrübəmiz, xüsusi avadanlıqlarımız, həmçinin yanğınsöndürmə metodlarımız var." — deyə mətbuat xidmətinin məlumatında bildirilib. 


Teqlər:
Ukrayna

Əsas mövzular