22:03 02 Dekabr 2016
Canlı yayım
PKK terror

Türkiyənin Diyarbəkir şəhərində dini təşkilatın rəhbəri öldürülüb

olympiada.files.wordpress.com
XƏBƏRLƏR
Qısa URL
4 0 0

PKK-nın törətdiyi ehtimal edilən qarşıdurmada 4 nəfər həyatını itirib.

BAKI, 9 iyun — Sputnik.T ürkiyənin Diyarbəkir şəhərində baş vermiş toqquşmalarda 4 nəfər qətlə yetirilib. 

Sputnik APA-ya istinadən xəbər verir ki, ölənlər arasında “Yeni Ihya” dini yardım təşkilatının  (İlim. Hizmet, Yardımlaşma ve Araştırma Derneği) Diyarbəkir şöbəsinin rəhbəri Aytac Baranın da olduğu bildirilir. Məlumata görə, o təşkilatın ofisi qarşısında silahlı hücuma məruz qalıb. Aldığı dörd güllə yarasından xəstəxanada keçinib. Sözügedən təşkilat və PKK tərəfdarları arasında son zamanlar qarşıdurmalar müşahidə olunub.    

Digər  üç nəfərin hücumdan sonra baş vermiş iğtişaşlar zamanı öldürüldüyü qeyd olunur. “Yeni Ihya” təşkilatının saytında dərc olunmuş məlumata görə, təşkilat hadisəyə görə məsuliyyəti PKK üzərinə qoyub. Aytac Baranın vəkili Orxan Abdulqani qətldə PKK tərəfdarlarını ittiham edib. 

PKK ilə əlaqəli olan YDG-H qruplaşması Twitter səhifəsində ittihamları təkzib edərək baş vermiş hadisəni təxribat adlandırıb.

Toqquşmalarda bir polis və iki jurnalistin yaralandığı bildirilir. 

Teqlər:
Türkiyə

Əsas mövzular