17:40 03 Dekabr 2016
Canlı yayım
Ambulans

Əvvəl uşağı, sonra onun nənəsini, axırda da özünü xəstəxanalıq edib

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Şabranda 9 yaşlı uşağı vuran “Lifan” markalı avtomobilin sahibi bir gün sonra onun nənəsini vurdu, özü isə şok keçirdi

BAKI, 9 iyun — Sputnik. Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, 90 TE 363 dövlət nömrə nişanlı “Lifan” markalı avtomobil ötən gün Şabran rayon sakini, 2005-ci il təvəllüdlü  Cavadova Yeganə Rəhman qızını vurub. Sürücü bu gün xəsarət alan azyaşlını yenidən tibbi müayinə üçün xəstəxanaya gətirib. Bu zaman maşını arxaya sürərkən azyaşlının nənəsi 1960-cı il təvəllüdlü Murtuzayeva Gülçöhrə Ağagül qızını vurub. Xəsarət alan nənə və nəvə xəstəxanaya yerləşdirilib.

Yeganə Cavadovanın vəziyyətinin qənaətbəxş, onun nənəsi Gülçöhrə Murtuzayevanın isə orta ağır olduğu bildirilir. Hadisədən sonra “Lifan”ın sürücüsü də şok keçirib. Tibb işçiləri tərəfindən ona da ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Əsas mövzular