06:09 11 Dekabr 2016
Canlı yayım
Dövlət Bayrağı meydanı

Azərbaycan Evi fəaliyyətə başlayacaq

axtar.az
XƏBƏRLƏR
Qısa URL
2301

Azərbaycan Evində qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

BAKI, 8 iyun — Sputnik. Dövlət Bayrağı Meydanı ərazisində Azərbaycan Evi fəaliyyətə başlayacaq.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Azərbaycan Evində yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına məlumat verilib ki, Azərbaycan Evində birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri, idmançıların uğurları müzakirə ediləcək, qaliblərin şərəfinə bayramlar təşkil olunacaq. Müasir üslubda qurulan bu məkan əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılara, şəhərimizin qonaqlarına əyləncəli proqramlar təqdim ediləcək.

Azərbaycan Evində qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

Əsas mövzular