10:01 08 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

G7 zirvəsində Rusiyaya qarşı sərt bəyanatlar

XƏBƏRLƏR
Qısa URL
14 0 0

Liderlər Rusiyaya qarşı sanksiyaların davam etməsini qərarlaşdırıblar.

BAKI, 8 iyun – Sputnik. Böyük yeddilik ölkələrinin (G7) liderləri Almaniyanın cənubundakı Alpine oteldə bir araya gəliblər. Zirvədə Ukrayna, Suriya və İraqdakı böhran, həmçinin təhlükəli Ebola virusu müzakirə olunub. 

Ukraynadakı siyasi böhran və həll variantları zirvədə daha çox müzakirə olunub. Liderlər Rusiyaya qarşı sanksiyaların davam etməsini qərarlaşdırıblar. 

“Ukraynanın şərqində separatçılara verdiyi dəstək və Krımı işğalı səbəbilə Rusiyaya olan təzyiqlər və sanksiyalar artaraq davam edəcək. Biz ümid edirik ki, Minsk razılaşması masa üstündə qalmayacaq”, deyə zirvənin bəyanatında qeyd olunub. 

Almaniya kansleri Angela Merkel sanksiyaların ləğv edilməsinin Rusiyadan asılı olduğunu bildirib. 

Avropa Birliyi şurasının rəhbəri Donald Tusk da Kremlə qarşı sərt bəyanatlar səsləndirib.

“Əgər söhbət sanksiyaların ölçüsündən gedirsə, əmin olun, bu vəziyyətdə Rusiyaya qarşı sanksiyalar ancaq artırıla bilər”, deyə Tusk qeyd edib. 


Əlaqədar

Tusk: G7-də Rusiyanın qayıtmasını istəyirlər
G7 sammiti öz işinə başlayır

Əsas mövzular