21:23 09 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Yaponiya Ukraynaya 1,5 milyard dollar kredit ayırıb

XƏBƏRLƏR
Qısa URL
9 0 0

Yaponiya Ukraynada maliyyə sabitliyini təmin etməyə kömək məqsədilə bu ölkəyə 1,5 milyard dollar kredit ayırıb.

BAKI, 6 iyun — Sputnik. Yaponiya Ukraynada maliyyə sabitliyini təmin etməyə kömək məqsədilə bu ölkəyə 1,5 milyard dollar kredit ayırıb. Sputnikin məlumatına görə bu barədə Ukraynanın “112.ua” saytı xəbər verib. Saytın məlumatında bildirilir ki, Ukraynada səfərdə olan Yaponiyanın baş naziri Sindzo Abe Kiyevdə prezident Pyotr Poroşenko ilə görüşündən sonra jurnalistlərə verdiyi brifinqdə bu barədə deyib.

Abe qeyd edib ki, Yaponiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və Donbass probleminin güc yolu ilə həllinə qarşıdır. O, tərəfləri Minsk razılaşmalarına əməl etməyə çağırıb.

Poroşenko da öz npvbəsində Yaponiyaya səxavətli addıma görə təşəkkür edib: “Mən 1,5 milyard ABŞ dolları həmində kredit təminatı verməsi ilə əlaqədar Yaponiyaya minnətdaram. Bu, bizim maliyyə sabitliyini təmin etməyimizə imkan verəcək”. 

Əsas mövzular