18:36 10 Dekabr 2016
Canlı yayım
həbsxana

Ombudsmanın nümayəndələri 5 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

XƏBƏRLƏR
Qısa URL
18 0 0

Məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması olub.

BAKI, 6 iyun — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Sputnik APA-ya istinadən xəbər verir ki, başçəkmələrdə məqsəd daxil olmuş müraciətlərin, saxlanılma şəraitinin və rəftarın araşdırılması, Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib. Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə 50-dən çox məhkum fərdi qaydada qəbul edilmiş, onlarla təkbətək söhbətlər aparılmış və müraciətləri yerində araşdırılıb.

Məhkumlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilmiş, onlara qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.
Habelə CÇM-in yeməkxana və yataqxanalarına, tibb-sanitar hissəsinə, yenidən qurulan obyektlərə baxışlar keçirilib. Müəssisə ərazisində tikilməkdə olan yeni obyektlər müsbət dəyişikliyə, saxlama şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Başçəkmə çərçivəsində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin yekunu olaraq, bu müəssisə üzrə məhkumların ailə üzvləri tərəfindən Ombudsmana ünvanlanmış sorğular cavablandırılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Əsas mövzular