21:19 09 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa Oyunları

“Neurope.eu” Bakı-2015 I Avropa Oyunlarından yazıb

worldofad.asia
XƏBƏRLƏR
Qısa URL
4 0 0

“Neurope.eu” saytında “Bakı-2015” birinci Avropa Oyunlarının azarkeşlərə böyük həyəcan yaşadacağı qeyd olunub.

BAKI, 6 iyun — Sputnik. “Neurope.eu” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təbliğat xarakterli məqalə yayımlanıb. saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təbliğat xarakterli məqalə yayımlanıb.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, məqalədə Oyunlar haqqında geniş məlumat əksini tapıb. Qeyd olunub ki, 6 mindən artıq idmançının qatılacağı yarışları 2 mindən artıq yerli və xarici jurnalist işıqlandıracaq.

İyunun 12-dən 28-dək keçiriləcək Oyunların azarkeşlərə böyük həyəcan yaşadacağının qeyd olunduğu yazıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, “Bakı-2015” ilk Avropa Oyunları idmançılara 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.

Yazının sonunda ikinci Avropa Oyunlarının Niderlandda keçiriləcəyi diqqətə çatdırılır.

Əsas mövzular