06:11 11 Dekabr 2016
Canlı yayım
Bakı 2015 Avropa oyunları

Almaniyanın "Diplomatisches Magazin" jurnalı Avropa Oyunlarından yazıb

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Almaniyanın nüfuzlu “Diplomatisches Magazin” jurnalında “2015-ci il Avropa Oyunlarına dair məlumat axşamı” adlı məqalə dərc olunub.

BAKI, 5 iyun — Sputnik. Almaniyanın nüfuzlu “Diplomatisches Magazin” jurnalında “2015-ci il Avropa Oyunlarına dair məlumat axşamı” adlı məqalə dərc olunub. Sputnik Azərtac-a istinadən xəbər verir ki, məqalədə cari il aprelin 29-da ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan təxminən 30 jurnalistlə görüşün keçirildiyi bildirilib.

Görüşdə səfir Pərviz Şahbazov Azərbaycanda idmanın inkişafından danışıb və iyunun 12-də Bakıda, 65 min nəfərlik tamaşaçı tutumu olan Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.

Səfirliyin müşaviri Rizvan Nəbiyev isə görüş iştirakçılarına Azərbaycanda gedən inkişaf prosesləri, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Əsas mövzular