06:09 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Tarik Əziz öldü

XƏBƏRLƏR
Qısa URL
6 0 0

İraqın devrilmiş və edam edilmiş prezidenti Səddam Hüseynin ən yaxın adamlarından biri infarktdan ölüb

BAKI, 5 iyun — Sputnik. İraqda uzun illər ölkənin xarici işlər naziri vəzifəsində çalışmış 79 yaşlı Tarik Əziz vəfat edib. Sputnik  xəbər verir ki, Səddam Hüseynin ən yaxın adamı hesab edilən Əziz  infarkt keçirib və Nasiriya hospitalında günün ikinci yarısında dünyasını dəyişib.

Tarik Əziz 2010-cu ildə ölüm cəzasına məhkum edilib. Lakin prezident Cəlal Təlabani onun ölüm hökmü barədə çıxarılmış məhkəmə qərarını imzalamayaraq faktiki olaraq Əzizi əfv etmişdi. Bir il sonra isə İraq Ali Məhkəməsi Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi. 


Əsas mövzular