03:48 04 Dekabr 2016
Canlı yayım
Prezident İlham Əliyev Bakı Ağ Şəhər bulvarının açılışında

Prezident Əliyev “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak edib

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
72 0 0

İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

BAKI, 5 iyun — Sputnik. İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Boks Federasiyasının inzibati binasının və “Qafqaz Baku Sport Hotel”in açılışlarında iştirak ediblər.

Dövlət başçısı əvvəlcə Federasiyanın inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti və xanımı burada yaradılan muzeylə tanış olublar.

Dövlət başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşüblər.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra dövlət başçısı “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.

Əlaqədar

İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub
Leyla Əliyeva: Atam heç vaxt səhv etmir
Polşa Aİ-də İlham Əliyevin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir
İlham Əliyev: neft və qaz amilindən asılılıq azalmalıdır

Əsas mövzular