06:14 11 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

İtaliyada mafiya ilə əlaqəsi olan 44 nəfər həbs edilib

XƏBƏRLƏR
Qısa URL
2 0 0

Həbs olunanlar arasında İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin rəhbəri olduğu “İrəli, İtaliya” partiyasının müşaviri Luka Qramadzio da var.

BAKI, 4 iyun — Sputnik. İtaliya hərbi polisinin xüsusi bölməsi mafiyaya qarşı mübarizə çərçivəsində xüsusi əməliyyat keçirib.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində 44 nəfər həbs edilib. Əməliyyat iyunun 4-ü səhər saatlarında, Roma, Rieti, Frozinon, Akvlia, Kataniya və Enna vilayətlərində keçirilib. 

Həbs olunanlar arasında İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin rəhbəri olduğu “İrəli, İtaliya” partiyasının müşaviri Luka Qramadzio da var. O, mafiya ilə əlaqədə, rüşvətxorluqda, saxta bank hesablarına sahib olmaqda, qiymətli kağızların qeyri-qanuni mübadiləsində və s. cinayət əməllərini törətməkdə təqsirləndirilir.

Hüquq-mühafizə orqanları hazırda daha 21 şübhəli şəxsin axtarışı üzrə əməliyyatları davam etdirir.

Əsas mövzular