10:00 08 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

AMİP Avropa Oyunlarının boykot edilməsini pisləyir

XƏBƏRLƏR
Qısa URL
7 0 0

Yusif Bağırzadə: Siyasi məhbuslar məsələsinə görə I Avropa Oyunlarının boykot edilməsinə çağırışları dövlət maraqlarımıza zidd hesab edirik.

BAKI, 4 iyun- Sputnik. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi məhbuslar məsələsinin gündəmə gətirilməsini və bununla bağlı I Avropa Oyunlarının boykot edilməsinə yönəlik çağırışları dövlət maraqlarımıza zidd hesab edir.

Bunu Sputnik-ə açıqlamasında AMİP sədri Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, ölkədə siyasi fəaliyyətinə görə həbs olunması ehtimal olunan məhbusların cinayət işlərinə yenidən baxılması və onların bir qisminin azad olunması barədə mövqeyini mütamadi olaraq bildirib. İndi də o mövqeyində qalır. AMİP məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də fikirlərini təqdim edib və ölkədə fəaliyyət göstərən istənilən siyasi qüvvə ilə siyasi məhbus probleminin həlli istiqamətində birgə addımlar atmağa hazırdır. “Lakin ölkədə Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qaldığı bir vaxtda bu məsələni şərt kimi qabardaraq oyunların boykot edilməsinə yönəlik çağırışlar bütövlükdə dövlət maraqlarımıza uyğun deyil. Biz dövlətçilik maraqlarından çıxış edərək bu cür çağırışları məqbul hesab etmirik.”- deyə Yusifzadə əlavə edib. 

 

 

 

Teqlər:
Bakı

Əsas mövzular