03:51 04 Dekabr 2016
Canlı yayım
Йенс Столтенберг, генеральный секретарь НАТО

Rusiya zorla Avropa xəritəsini dəyişməyə çalışır

Visualrian
XƏBƏRLƏR
Qısa URL
3410

NATO baş katibi Yens Stoltenberq: Biz hər şeyə rəğmən Moskva ilə ikitərəfli münasibətlərin inkişafına ümid edirik.

BAKI, 4 iyun – Sputnik. “Rusiyanın Şərqi Avropadakı təxribatları NATO ölkələri üçün birbaşa təhdiddir, lakin hər şeyə rəğmən biz rəsmi Moskva ilə ikitərəfli münasibətlərin inkişaf edəcəyinə ümid edirik.”

Sputnik NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Norveçə səfəri zamanı NATO baş katibi Yens Stoltenberq yerli radioya açıqlamasında deyib. 

Baş katib həmçinin qeyd edib ki, Rusiya Avropanın sərhədlərini güc yolu ilə yenidən dəyişdirməyə cəhd edir.

“Rusiya hərbi gücdən istifadə edərək, Avropa xəritəsində bəzi dəyişikliklər etməyə çalışır. Buna Krım, Ukraynanın şərqi və Gürcüstan ərazilərini misal göstərmək olar. Bu kimi hallar NATO-nun şərqi Avropadaki müttəfiqləri olan Latviya, Litva və Estoniyanı ciddi narahat edir” — deyə Stoltenberq əlavə edib. 

Baş katib həmçinin vurğulayıb ki, təşkilat bütün neqativ hallara baxmayaraq Rusiya ilə əməkdaşlığı davam etdirmək istəyir.

Əsas mövzular