23:50 06 Dekabr 2016
Canlı yayım
Fəzail Ağamalı

Deputat: “Amnesty İnternational” Azərbaycanın düşmənidir

axtar.az
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Fəzail Ağamalı Keyt Allenin Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Koeyə müraciətinə belə reaksiya verib: İt hürər, karvan keçər.

BAKI, 4 iyun-Sputnik. "Amnesty İnternational" təşkilatı  təkcə bu gün deyil, davamlı olaraq  Azərbaycana qarşı qərəzli  kampaniya aparıb və bundan sonra da bu təşkilatın Antiazərbaycan kampaniyası aparması təəccüblü deyil.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı “Amnesty İnternational”-ın rəhbəri Keyt Allenin Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Koeyə 1-ci Avropa Oyunları ərəfəsində Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Bakıda çıxış etməyi tövsiyə etməsinə şərh verərkən deyib.

Ağamalının sözlərinə görə, bu təşkilatın Azərbaycana qarşı mövqeyi hər zaman ədalətsiz olub: ““Amnesty İnternational”ın Azərbaycana qarşı qərəzi heç vaxt səngiməyib. Bu təşkilat Azərbaycana qarşı həmişə düşmənçiliyini davam etdirib və sözügedən müraciət də bunun məntiqi davamıdır. Bu proses Avropa oyunlarınadək və ondan sonra davam edəcək. Lakin Azərbaycanın məşhur atalar sözündə deyildiyi kimi, “it hürər, karvan keçər”. Azərbaycan bu cür təzyiqlərə, böhtanlara birinci dəfə deyil ki, məruz qalır. Bu böhtanlar, iftiralar, qərəzli münasibətlər davam edəcək. Onlar özlərinin yaratmış olduğu 5-ci kolonun, Leyla Yunus, Xədicə İsmayıl kimi satqınların mövqeyini dəstəkləyəcəklər. Ancaq Azərbaycan dövləti və xalqı öz yolu ilə gedəcək.”

Millət vəkili onu da əlavə edib ki, onu “Amnesty İnternational”ın mövqeyindən çox BMT-nin İnsan Hüquqları Komissarlığının xüsusi nümayəndəsinin Azərbaycanla bağlı hazırladığı sənəd narahat edir: “BMT-nin bu mövqeyi başadüşüləndir. Görünən budur ki, BMT-də belə bir sənədin qəbul olunmasında da  Antiazərbaycan qüvvələrin barmağı var.”

Ağamalı deyib ki, BMT-nin bu mövqeyi təşkilatın imicinə ciddi zərbə vurur: “Bu sənəd  BMT-nin bir daha  qeyri-obyektivliyinə və ədalətsizliyinə dəlalət edir. Ona görə də BMT rəsmiləri bu məsələyə aydınlıq gətirməli, sənədə sərt münasibət bildirməlidirlər.”

 

“Amnesty İnternational” təşkilatının rəhbəri Keyt Allen Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Koeyə müraciət edib ki, 1-ci Avropa Oyunları ərəfəsində Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Bakıda çıxış etsin və imkandan istifadə edərək ölkə başçısı İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etsin. O, eyni zamanda Leyla Yunusun, Xədicə İsmayılovanın, Rəsul Cəfərovun və digər 20 məhbusun qeyd-şərtsiz azad olunmasını tələb etməyi məsləhət bilib.

Əsas mövzular