09:59 08 Dekabr 2016
Canlı yayım
Владимир Путин-Барак Обама

Rusiya Cənubi Qafqazın təsir dairəsindən çıxmasına imkan verməyəcək

Visualrian
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Dmitriy Popov: ABŞ o ölkələrdən deyil ki, onunla təsir dairələrilə bağlı hər hansı formada “centlemen sazişi”nə razılaşasan.

BAKI, 4 iyun- Sputnik. Rusiyanın bu gün Cənubi Qafqazı öz siyasi təsir dairəsindən çıxarması və bu məsələni ABŞ-la müzakirə etməsi ağla belə gələn məsələ deyil.

Bunu Sputnik-ə açıqlamasında rusiyalı ekspert Dmitriy Popov deyib. O qeyd edib ki, Rusiyanın xarici siyasətində bu istiqamətdə hər hansı dəyişiklik edəcəyinə şübhə ilə yanaşır: “Bunun bir sıra səbəbləri var. Birincisi, dünyanın hər hansı düşmən ideologiyalar prinsipinə uyğun olaraq bölüşdürülməsi Yalta konfransının prinsiplərinə uyğun deyil. Bunun üçün əksinə olaraq, tərəflər arasında uğurlu tərəfdaşlıq və subyektlər arasında beynəlxalq hüquqa söykənən əməkdaşlıq lazımdır.  

İkincisi, Rusiya hər hansı süni bölgü xəttinin əleyhinədir, xüsusən də  öz sərhədləri yaxınlığında. Rusiya  öz qonşuları ilə daha sıx əməkdaşlığa üstünlük verir, o cümlədən, bir-birilə münaqişədə olan Azərbaycan və Ermənistanla. Rusiya ətrafında təsir dairəsi uğrunda aparılan mübarizələr  tez və ya gec  yeni böhranların yaranmasına gətirib çıxaracaq”.

Popovun fikrincə, ABŞ o ölkələrdən deyil ki, onunla təsir dairələrilə bağlı hər hansı formada “centlemen sazişi”nə razılaşasan: “Buna misal olaraq deyə bilərəm ki, NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı əldə olunan qeyri-rəsmi razılaşma ancaq Ağ Evdə yeni hakimiyyət dəyişikliyi baş verənədək davam etdi.”

Ekspert  hesab edir ki, Vaşinqtonun arzularından asılı olmayaraq, Rusiyanın dünyada və müxtəlif bölgələrdə, xüsusən də yaxın sərhədlərində geopolitik maraqları var: “Baxmayaraq ki, Vaşinqton dünyanın yeganə supergücü olmaq iddiasındadır, Rusiyanın da böyük güc olmasını yaddan çıxarmaq olmaz və Amerikanın Rusiyanı bu iddiadan geri oturtmaq niyyəti puça çıxacaq.”

 

Əsas mövzular