21:19 09 Dekabr 2016
Canlı yayım
Cavid Qurbanov dəmiryol QSC

Bakı Dəmiryolu Vağzalı ilə Hava Limanı arasına dəmiryolu çəkiləcək

maide.az
XƏBƏRLƏR
Qısa URL
7201

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov: Bunun üçün ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır.

BAKI, 4 iyun-Sputnik. Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında dəmiryolu xətti çəkiləcək.

Sputnik xəbər verir ki, bunu  jurnalistlərə  açıqlamsında “Azərbaycan Dəmir Yolları”  (ADY) QSC-nin sədri Cavid Qurbanov deyib.

“Artıq  Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını birləşdirəcək dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır” — deyə Qurbanov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib: “ Belə ki, burada ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır” – o, qeyd edib.

Qurbanov deyib ki, hazırda mühəndislərimiz bu məsələni araşdırır: "Biz körpü boyunca (avtomobil yolu vasitəsilə) aeroportun aşağı hissəsi istiqamətində çəkiləcək yeni dəmiryol xəttinin tikintisini nəzərdən keçiririk. Bakı Dəmiryolu Vağzalını aeroportla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq".

QSC sədrinin sözlərinə əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Minskin "Stadler" zavodundan aldığı yeni elektrik qatarları Bakı-Abşeron-Sumqayıt dairəvi marşrutu üzrə, sonra isə Novxanı-Pirşağı-Zabrat istiqamətində hərəkət edəcək. Elektrik qatarları Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisində yerləşən stansiya vasitəsilə yenidən Bakıya qayıdacaq".

O əlavə edib ki, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində aeroportadək hərəkət edəcək: "Layihə baxılması üçün hökumətə təqdim edilib və onun reallaşdırılması tamamilə maliyyələşdirmədən asılı olacaq".

 

Əsas mövzular