18:41 10 Dekabr 2016
Canlı yayım
Namaz

"Bakı-2015"-in iştirakçıları qaldıqları yerdə ibadət edəcəklər

tavhid.ru
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Mübariz Qurbanlı:İştirakçıların məscidə, kilsəyə və ya sinaqoqa getməsinin vaxt baxımından imkansız olduğunu nəzərə alaraq onların qaldıqları yerdə ibadət etmələri üçün şərait yaradılacaq.

BAKI, 4 iyun — Sputnik. Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı dinindən asılı olmayaraq ibadət etmək istəyən idmançılar və digər iştirakçılar üçün qaldıqları yerdə müvafiq şərait yaradılacaq.

Sputnikin məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, bildirib ki, iştirakçıların məscidə (və ya kilsəyə, sinaqoqa) getməsinin vaxt baxımından imkansız olduğunu nəzərə alaraq onların qaldıqları yerdə ibadət etmələri üçün şərait yaradılacaq: “Bu, dinindən asılı olmayaraq hər kəsə aiddir. Amma turistlərin vaxt imkanı olduğu üçün onlar rahat şəkildə məscidlərə, sinaqoqlara və yaxud kilsələrə gedə bilərlər”.

Qurbanlı yerli dindarlara da müraciət edib: “Biz çalışmalıyıq ki, qonaqlara necə yüksək səviyyədə tolerant olduğumuzu göstərək. Məsələn, ola bilər hansısa turist müsəlman deyil, amma maraq üçün gəlib məscidə baxmaq istəyir. Biz buna münasibətdə də tolerant olmalıyıq”.

Teqlər:
Bakı

Əsas mövzular