03:53 04 Dekabr 2016
Canlı yayım
Hikmət Hacıyev

XİN sözçüsündən beynəlxalq təşkilatların təmsilçilərinə sərt reaksiya

news.lent.az
XƏBƏRLƏR
Qısa URL
710

Hikmət Hacıyev: Bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyət göstərirlər.

BAKI. 4 iyun- Sputnik. Xarici İşlər Nazirliyi (XİN) bəzi beynəlxalq təşkilatların təmsilçilərinin antiazərbaycan mövqeli çıxışlarına sərt reaksiya verib. Sputnik xəbər verir ki, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Nils Muzinieks (Avropa Şurası), Mişel Forst (BMT-nin məruzəçisi) və Dunja Mijatovicin (ATƏT) “Opendemocracy” internet portalında 3 iyun tarixində dərc edilmiş məqaləsi ilə bağlı  mövqeyini açıqlayıb.

Hacıyev deyib ki, bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək, Azərbaycana qarşı I Avropa Oyunları ərəfəsində bəzi dairələrin sifarişlə apardıqları qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyət göstərirlər. “Bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər” – deyə XİN təmsilçisi bildirib.

Onun sözlərinə görə, idman, o cümlədən, Bakı-2015 I Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. 

“Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 31 oktyabr 2014-cü ildə qəbul edilmiş A/RES/69/6  saylı və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir. Təəssüflər olsun ki, bu şəxslər insan hüquqlarının müdafiəsindən danışdıqları halda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları kobud şəkildə pozulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarından bir kəlmə belə danışmağa cəsarət tapmırlar” – deyə Hacıyev əlavə edib.

 

Teqlər:
Bakı

Əsas mövzular