11:59 11 Dekabr 2016
Canlı yayım
Hacı Allahşükür Paşazadə

Allahşükür Paşazadə: Bəzi dini icmalar başqa yerlərə işləyirlər

qafqazislam.com
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Şeyxülislam qanunsuz dini icmaların fəaliyyətinin dayandırılmasını tələb edib

BAKI, 4 iyun-Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Zaqatala, Şamaxı və Qobustan rayonlarının bir neçə iri kəndlərinin məscidlərində formalaşan dini icmaları özbaşınalıqda, qanunsuz fəaliyyətdə və başqa dairələrə xidmətdə etməkdə ittiham edib.

Sputnik xəbər verir ki, Şeyxülislam QMİ-də keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin  sədri Mübariz Qurbanlıya müraciət edərək adı çəkilən rayonlardakı dini icmaların fəaliyyətinin araşdırılmasını xahiş edib. Paşazadə Komitə qarşısında qanunsuz fəaliyyət aşkarlanacağı təqdirdə həmin dini icmaların fəaliyyətinin dayandırılması məsələsini qaldırıb.   

Şeyxülislam qeyd edib ki, Zaqatalanın Uzuntala kəndi başda olmaqla 4 kəndində, Şamaxının 1 və Qobustanın 1 kəndində yerləşən məscidlərdəki dini icmalar qanunsuz fəaliyyət göstərir. Onlar qeydiyyatdan keçməyiblər və QMİ ilə heç bir əməkdaşlıq etmirlər: “Bizə bildirirlər ki, başqa yerə tabedirlər. Əgər sən bu ölkədə yaşayırsansa, necə başqa yerə tabe ola bilərsən?! Onların fəaliyyəti nə Azərbaycan qanunlarına, nə də dini normalara uyğundur. Ona görə də biz Dövlət Komitəsi qarşısında bu icmaların fəaliyyətinin dərhal dayandırılması məsələsini qaldırırıq”.


Teqlər:
Azərbaycan

Əsas mövzular