21:57 02 Dekabr 2016
Canlı yayım
Fazil Mustafa

Fazil Mustafa: Diplomatların siyasətə qarışması etikadan kənardır

© Foto: APA
XƏBƏRLƏR
Qısa URL
1410

Millət vəkili deyib ki, hansısa diplomat siyasətlə məşğul olmaq istəyirsə, öncə diplomatik fəaliyyətini dayandırmalıdır.

BAKI, 4 iyun- Sputnik. Mayın 19-da Bakının Azadlıq prospektində faciə ilə nəticələnən binada yanğın hadisəsi nəinki ölkə ictimaiyyətinin, hətta  bir çox diplomatların da sosial şəbəkələrdə   ciddi qınağına səbəb olub. Artıq məsələ o həddə çatıb ki, Xarici İşlər Nazirliyi diplomatlarla bağlı araşdırmaya başlayıb.

Diplomatların yanan bina ilə bağlı sosial şəbəkələrdə yazdıqları ilə bağlı Sputnik-ə mövqeyini açıqlayan millət vəkili Fazil Mustafa deyib ki, diplomatların Azərbaycanda baş verən hər hansı hadisəyə qarışmasını düzgün hesab eləmir: “Elə məsələlər var ki, onlara ancaq ictimai təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, sadə vətəndaşlar və siyasilər mövqe bildirə bilər. Baş verən hadisəni ya təqdir, ya da tənqid edə bilərlər. Diplomatlar siyasətçi olmadıqlarından  onların bu cür məsələlərə  mövqe sərgiləməsi bir qədər peşəkar etikadan kənardır və ona uyğun olmayan addımdır. İstəməzdim belə olsun.”

Millət vəkili deyib ki, əgər diplomat proseslərə qarışırsa, o zaman diplomatik fəaliyyətini dayandırıb normal siyasi fəaliyyətlə məşğul olmalıdır: “Azərbaycan demokratik ölkədir və hər hansı diplomatın bir diplomat kimi fəaliyyətinə son verib siyasətçi kimi fəaliyyətə başlamasına normal yanaşmaq lazımdır.”

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov “facebook” sosial şəbəkəsində yazdığı statusunda Binəqədi rayonundakı binada baş verən yanğını nəzərdə tutaraq məmurların ünvanına kəskin ittihamlar səsləndirmişdi. 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdi ki, məsələ XİN-in daxili prosedurlarına uyğun olaraq araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır.

Əsas mövzular