21:58 02 Dekabr 2016
Canlı yayım
Первые Евроигры Баку 2015

“Bakı-2015: Oyunlar başlasın”

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
11 0 0

CNN.com Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məqalə dərc edib

BAKI, 4 iyun – Sputnik. “Bu ay yeni eranın başlaması ilə əlamətdardır. Azərbaycan iyunun 12-də paytaxt Bakı şəhərində ilk dəfə Avropa Oyunları keçirəcək və bu idman festivalı ilə əlaqədar 6000-dən çox idmançını qəbul edəcək”.

Sputnik xəbər verir ki, bu fikirləri CNN Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı hazırladığı “Bakı-2015: Oyunlar başlasın” adlı məqalədə yazıb. Məqalədə hər 4 ildən bir keçiriləcək oyunların 2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən qərara alındığı, dekabrda Romada Baş Assambleyanın iclasında elan edildiyi bildirilb. “Əlli Avropa ölkəsinin nümayəndələri açılışı 12 iyun və bağlanışı 28 iyun tarixində keçiriləcək yarışda mübarizə aparacaqlar. Komitə bəyan edib ki, bu oyunlar heç cür Olimpiya oyunlarının oxşarı olmayacaq və idmanın cəlbediciliyinin artırılmasına yönəldilib. Oyunlarda 20 idman növü üzrə yarışlar olacaq. Bunlardan 16-sı Olimpiya, 4-ü isə yeni növlərdir. Yeni oyunlar 3x3 basketbol, karate, çimərlik futbolu və sambo növləri üzrədir. Sambo oyununun kökləri Azərbaycanın da bir zamanlar tərkib hissəsi olduğu Sovet İttifaqının hərb tarixinə gedib çıxır. Bu döyüş sənəti 1920-ci ildə Qızıl Ordunun əsgərlərinin əlbəyaxa döyüş qabiliyyətlərini artırmaq üçün tətbiq edilib və silahsız özünümüdafiə adlanır. Biz bu sahədə Rusiyanın daha yaxşı oyun nümayiş etdirəcəyini gözləyirik”.

Məqalədə Avropa Oyunlarının iki əsas üstünlüyünün olacağı qeyd edilib: “İdmançılar həm medal qazanacaqlar, həm də Rio-de Janeyroda keçiriləcək 2016-cı il Olimpiya oyunları üçün qiymətləndiriləcəklər. Olimpiya Oyunları qiymətləndirməsinə əsasən 253 medal təşkil ediləcək. Əvvəlcə ilkin versiyalar var idi ki, Rusiya və Türkiyə bu yarışları keçirmək uğrunda mübarizə aparacaq. Lakin yarışı keçirmək üçün yeganə namizəd Bakı oldu və 2,5 milyonluq Bakı bu idman yarışına ev sahibliyi edəcək”.

Məqalədə Bakı haqqında da məlumat verilərək onun Cənubi Qafqazda və Xəzərin sahilində ən böyük şəhər olduğu xatırladılıb: “Neftlə zəngin olan şəhərin digər zənginlikləri də var. Şəhərdə parlaq ofis binaları, bulvar var və şəhərin mərkəzi küçələrində brend mağazalar fəaliyyət göstərir. Bu parlaqlıqdan kənara baxdıqda siz bu ərazinin əsl ürəyini — qədim şəhərin qala divarlarını görəcəksiniz.UNESCO-nun irsinə daxil olan bu ərazi 12-ci əsrə aiddir. Bu oyunlarla Azərbaycan özünü və paytaxtını diqqət mərkəzinə gətirmək istəyir. Azərbaycanın gənclər və idman nazirinin “The Guardian”a dediyi kimi, əsas məsələ ölkənin dünyanın və Avropanın xəritəsində yerini göstərməkdir”.

 

Əsas mövzular