21:22 09 Dekabr 2016
Canlı yayım
Qızıl küpü

Bərdədə qədim zinət əşyaları ilə dolu iri küplər tapılıb

© http://wpapers.ru/
XƏBƏRLƏR
Qısa URL
4410

Mürəssəfli kənd sakini Azər Əsədov dovşanlara yuva düzəltmək üçün həyəti qazarkən küpləri aşkar edib.

BAKI, 4 iyun – Sputnik. Bərdədə qədim zinət əşyaları ilə dolu iri küplər tapılıb. Sputnik APA-ya istinadən bildirir ki, yerin altında aşkarlanan 30-a yaxın irili-xırdalı küpün əksəriyyəti qırılsa da, olduğu kimi qalanları da var.

Qədim əşyalar rayonun Mürəssəfli kənd sakini Azər Əsədovun həyətində tapılıb. Ev sahibi bəslədiyi dovşanlara yuva düzəltmək üçün həyətin bir hissəsində qazıntı aparıb. Həmin vaxt torpağın o qədər də dərin olmayan qatında içərisində müxtəlif məmulatlardan düzəldilmiş muncuqlar və mis zinət əşyaları olan iri küplərə rast gəlib.

Əsədov bildirib ki, 1990-cı ildən istifadəsində olan həyətyanı sahədə əvvəllər də əkin işləri aparıb və zaman-zaman  müxtəlif küp qırıqları, bəzək əşyalarının qalıqları ilə rastlaşıb. Amma heç vaxt indiki qədər çoxlu sayda tarixi əşya görməyib.

O, tapdığı əşyaları araşdırmaq üçün aidiyyatlı qurumlara təhvil verməyə hazır olduğunu və eyni zamanda evində kiçik muzey yaratmaq istədiyini də deyib. 


Əsas mövzular