23:51 06 Dekabr 2016
Canlı yayım
Apple

“Apple” şirkəti Azərbaycanda məhsullarının satışını bərpa edir

biznesinfo.az
XƏBƏRLƏR
Qısa URL
5 0 0

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda şirkətin smartfonlarının, planşetlərinin, stolüstü və portativ kompüterlərinin, "Apple Watch" “ağıllı saatları”nın satışının iyulun sonunda bərpa olunacağı gözlənilir. Sputnik xəbər verir ki, bu barədə məlumatı Trend-ə “Apple” şirkətinin Azərbaycandakı rəsmi distribüteri “Alma Store” şirkəti verib.

Satışlar 2015-ci ilin ilk rübündə dayandırılıb. Bu barədə səbəb açıqlanmayıb.

Fevralın sonunda Azərbaycanda satılan “iPhone” smartfonlarının qiyməti 30 faiz artıb. Analoji vəziyyət bir müddət əvvəl Rusiya bazarında da müşahidə edilib. Buna səbəb rublun məzənnəsinin düşməsi olub.

 

“Global Stats” statistika mərkəzinin 2015-ci il iyunun 1-nə olan məlumatına əsasən, Azərbaycan bazarında “Apple” məhsullarının payı 16,9 faiz təşkil edib. 2014-cü il analoji dövründə bu göstərici 20,4 faiz təşkil edib.

 

“Apple” şirkəti Azərbaycanın mobil telefonlar bazarında 2-ci yeri tutur.

 

1c-i yerdə 49,67 faiz pay ilə “Samsung”, 3-cü yerdə 9,97 faiz pay ilə “Nokia” şirkəti gəlir.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Teqlər:
Azərbaycan

Əsas mövzular