21:25 09 Dekabr 2016
Canlı yayım
İvitsa Daçiç

ATƏT-in sədri İrəvanda Kosovonun müstəqilliyini tanıyanları qınadı

mfa.gov.rs
XƏBƏRLƏR
Qısa URL
3 0 0

İvitsa Daçiç: Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır?

BAKI, 3 iyun — Sputnik. ATƏT Cənubi Qafqazda sabitliyin qorunmasında və regional aktorlar arasında etimad tədbirlərinin güclənməsində maraqlıdır. Sputnik "News.am"-a istinadən xəbər verir ki, bu fikri ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

ATƏT sədri prosesin bütün iştirakçılarının üzərinə düşən öhdəliyi yerinə yetirmələrinin vacibliyini qeyd edib: “Ölkələr və həmsədrlər konstruktiv yanaşma nümayiş etdirməli, sülh yolu ilə problemin həllinə təkan verməlidir”.

O, beynəlxalq hüququn tətbiqində ikili standartların mövcudluğunu tənqid edib: “ATƏT-də sədrlik edən Serbiya dialoq istəyir və buna çalışır. Lakin Kosovo məsələsində çoxsaylı məqamlar var. Kosovo Serbiyanın razılığı olmadan birtərəfli şəkildə müstəqilliyini elan edib. Bu qərar bir sıra ölkələr, xüsusilə Qərb ölkələri tərəfindən verilib. Belə çıxır ki, beynəlxalq hüquq böyük dövlətlərin fəaliyyətindən asılıdır? Buna baxmayaraq, əsas məsələlərlə bağlı dialoq yoxdur”.

Daçiç ATƏT məkanında mövcud hər bir münaqişənin özünəməxsusluğunu önə çəkib, onlara konstruktiv və ədalətli yanaşmanın sərgilənməsinin vacibliyini qeyd edib. 

Əsas mövzular