14:28 07 Dekabr 2016
Canlı yayım
Elşad Nəsirov

Elşad Nəsirov: Avropanın enerji təhlükəsizliyi təhlükə altındadır

bp.com
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Cənub Qaz Dəhlizi layihəsi iqtisadi səmərəli layihədir və bu layihə dünya bazarındakı neftin qiymətinin dəyişikliklərindən asılı deyil.

BAKI, 3 iyun — Sputnik. Cənub Qaz Dəhlizi layihəsi iqtisadi səmərəli layihədir və bu layihə dünya bazarındakı neftin qiymətinin dəyişikliklərindən asılı deyil.

Sputnik APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Xəzər neft-qaz konfransında SOCAR-ın vitse-prezidenti Marketinq və investisiya üzrə  Elşad Nəsirov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində uzunmüddətli müqavilələr imzalanıb: “Məhz buna görə də Azərbaycan Avropa ölkələri tərəfindən uzunmüddətli və etibarlı tərəfdaş kimi qəbul edilir. Avropa dəfələrlə qeyd edib ki, özünün enerji təhlükəsizliyi təhlükə altındadır”

Nəsirov deyib ki, Avropa 2006-cı və 2009-cu illərdə qaz böhranları ilə üzləşib: “Məhz buna görə Xəzər dənizindən, o cümlədən alternativ enerji mənbələrindən də qaz tədarük etmək məsələsi gündəmə gəlib”.

Vitse-prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycan üçün həm kommersiya layihəsidir, həm də Avropaya inteqrasiya üçün siyasi strategiyadır: “Ümid edirik ki, Avropa da bu layihəyə belə münasibət bəsləyir. Regiondakı bəzi həll olunmamış münaqişələrə baxmayaraq, Azərbaycan bu layihəni həyata keçirəcək”.


Əsas mövzular