23:48 06 Dekabr 2016
Canlı yayım
facebook

XİN: Arif Məmmədovun “facebook”dakı statusu araşdırılacaq

XƏBƏRLƏR
Qısa URL
84 0 0

Hikmət Hacıyev: Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır.

BAKI, 3 iyun – Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edib.

 

"Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır" — deyə Hacıyev APA-ya bildirib.

 

Arif Məmmədov “facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar səsləndirib. 

Teqlər:
Xarici İşlər Nazirliyi

Əsas mövzular