06:11 11 Dekabr 2016
Canlı yayım
Fərdi kompüter

Fərdi kompüterlər tədricən kütləvi istifadə üçün aktuallığını itirir

altair.ca
XƏBƏRLƏR
Qısa URL
8 0 0

İstifadəçilərin dörddə üçü “Gmail” poçtuna mobil qurğulardan daxil olur.

BAKI, 3 iyun — Sputnik. “Google I/O” konfransında “Google” şirkətinin baş vitse-prezidenti Sundar Piçai bildirib ki, artıq istifadəçilərin 75 faizi “Gmail” elektron poçtuna planşet və ya smartfon kimi mobil qurğular vasitəsilə daxil olur.

Bu, bir daha sübut edir ki, fərdi kompüterlər tədricən kütləvi istifadə üçün aktuallığını itirir.

Piçai poçt servisi haqqında bir sıra maraqlı rəqəmlər açıqlayaraq qeyd edib ki, hazırda elektron poçt istifadəçilərinin sayı 900 milyon nəfərə çatıb. Bu, göstəricinin 425 milyon olduğu 2012-ci ildən iki dəfə çoxdur. Bu templərlə “Gmail”in bu il bir milyard istifadəçi sayına nail olacağı gözlənilir.

ABŞ-da ən populyar poçt servisi olan “Gmail” 2012-ci ildə uzun müddət liderlik edən "Hotmail” poçt xidmətini (hazırkı Outlook.com) geridə qoyub.

Uğuru və çoxlu sayda istifadəçinin olmasını nəzərə alan “Google” poçt servisində köklü dəyişikliklər etməyi düşünmür.

Əsas mövzular