11:53 11 Dekabr 2016
Canlı yayım
FİFA

İnterpol FIFA-nın keçmiş rəhbərliyini axtarışa verib

gsr.fm
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Onlar çirki pulların yuyulması, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunurlar.

BAKI, 3 iyun – Sputnik. İnterpol FIFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və İcraiyyə Komitəsinin keçmiş üzvü, Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib.

Sputnik İnterpolun rəsmi saytına istinadən bildirir ki, onlar  çirki pulların yuyulması, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunurlar.

 FIFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.  

Onlardan başqa FİFA ilə əlaqəsi daha 4 nəfər də axtarışa verilib. Bu şəxslər “Torneos у Competencias SA” şirkətinin rəhbəri, idman meneceri, argentinalı Alexandro Burzako, Braziliyadakı Valente Qrup və Comerton Ltd. şirkətinin rəhbəri Xose Marqulis, biznesmenlər Uqo Jinkis və Mariano Jinkisdir.

İnterpol onlar barədə “qırmızı xətt”lə axtarı elan edib.

FIFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru ötən həftə Sürixdə həbs edilib. 

Teqlər:
Sürix

Əsas mövzular