09:57 08 Dekabr 2016
Canlı yayım
yağış

Sabah Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

photocentra.ru
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

BAKI, 3 iyun-Sputnik. Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin  Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.

İyunun 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə olacaq.

Bölgələrdə havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə olacaq.

Abşeron çimərliklərindən Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 20-21 dərəcə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Şıx və Sahil çimərliklərində isə dəniz suyunun temperaturu 22-23 dərəcə olacaq. 

 

Əsas mövzular