09:59 08 Dekabr 2016
Canlı yayım
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov

Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək

apa.az
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Novruz Məmmədov: Ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürə biləcəyini yazıb.

Sputnikin məlumatına görə, Məmmədov qeyd edib ki, ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır.

“Maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər. Yəqin ki, bir necə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək.” — Məmmədov yazıb. 

Teqlər:
Ermənistan

Əsas mövzular