21:17 09 Dekabr 2016
Canlı yayım
ABŞ prezidenti Barak Obama

Barak Obama: İsrail etibarını itirə bilər

© Flickr/ Luke Sharrett
XƏBƏRLƏR
Qısa URL
5 0 0

ABŞ prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq Təl-Əviv hökumətinin Fələstinlə sülh şəraitində yaşamaq istədiyinə inanmır.

BAKI, 3 iyun – Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama İsrailin Kanal-2 telekanalına müsahibə verib. Obama müsahibəsində, baş nazir Binyamin Netanyahu əleyhinə ifadələr işlədib. 

“Binyamin Netanyahunun iki dövlətli (İsrail-Fələstin-r.) həll variantına yanaşma tərzi bizi narahat edir. Bunun üçün tutarlı addımlar atılmalıdır. Biz bunu baş nazirin açıqlamalarında, hərəkətlərində görə bilmirik. Ən təhlükəlisi isə odur ki, İsrail ümumilikdə etibarını itirə bilər” — deyə Obama qeyd edib. 

Amerika prezidentinin sözlərinə görə, beynəlxalq ictimaiyyət artıq Təl-Əviv hökumətinin Fələstinlə sülh şəraitində yaşamaq istədiyinə inanmır.


Teqlər:
Barak Obama, İsrail

Əsas mövzular