06:14 11 Dekabr 2016
Canlı yayım
ABŞ Konqresi

ABŞ Konqresi separatçı rejimə maliyyə yardımını müzakirə edəcək

wikimedia.org
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Amerikada fəaliyyət göstərən erməni lobbisi çalışır ki, separatçı Qarabağ rejiminə 5 mln. dollar, Ermənistana isə 40 mln. dollar vəsait ayrılsın.

BAKI, 3 iyun-Sputnik. ABŞ Konqresi bu gün Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımını müzakirə edəcək. Sputnik news.az-a istinadən xəbər verir ki, bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasında Ermənistana və separatçı Dağlıq Qarabağ rejiminə 2016-cı ildə ayrılacaq maliyyə yardımı müzakirə ediləcək.

Amerikada fəaliyyət göstərən erməni lobbisi ciddi-cəhdlə çalışır ki, separatçı rejimə 5 mln. dollar, Ermənistana isə 40 mln. dollar vəsait ayrılsın. 

Erməni lobbisi eyni zamanda, milliyyətcə erməni olan min Suriya qaçqınının Ermənistanda məskunlaşması üçün ünvanlı yardımın, Gürcüstanın Samçxe-Cavax bölgəsində kompakt yaşayan ermənilərə də maliyyə yardımının ayrılması üçün Konqresə müraciət edib. Və bu istiqamətdə fəaliyyət göstərir.

Erməni lobbisi, ABŞ hökumətinin Gürcüstana ayırdığı maliyyə yardımının ən azı 10%-ni Samçxe-Cavax bölgəsində kompakt yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə verilməsini tələb edirlər.

Teqlər:
Konqres, ABŞ

Əsas mövzular